Yuxarı

Çin üzünü Avropaya tutdu: fəlakət yaşana bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin üzünü Avropaya tutdu: fəlakət yaşana bilər

Çin illərlə Avropa üçün iqtisadi çağırış olub, lakin ABŞ Prezidenti Donald Tramp administrasiyasının Pekinə qarşı böyük rüsumlar tətbiq etməsi fonunda vəziyyət fəlakətli hala gələ bilər.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

“Çin geniş çeşiddə və kifayət qədər ucuz məhsullar istehsal edir. Söhbət elektromobillər və məişət texnikasından tutmuş oyuncaqlar və polad sənayesinə qədər müxtəlif sahələrdən gedir. Bu məhsulların əksəriyyəti bugünlərə qədər Amerika bazarı üçün nəzərdə tutulurdu.

Bu vəziyyətdə Avropada narahatlıq artır ki, Çin məhsullarının axını bazarı dempinq edəcək və Fransa, Almaniya, İtaliya və Avropa Birliyinin digər ölkələrində yerli sənayeni zəiflədəcək”, - nəşr yazıb.

“Artıq uzun müddətdir ki, həddən artıq istehsal gücü problemi mövcuddur, lakin bu məsələ nəhayət Avropa paytaxtlarına da çatıb. Avropada ümumi bir tendensiya və bir hiss var: bu dövrlərdə Avropa özü üçün dayanmalı və özünü qorumalıdır,” – deyə Vaşinqtonda yerləşən Beynəlxalq Münasibətlər Şurasının elmi əməkdaşı Liana Fiks bildirib.

Qeyd olunur ki, hələ ötən il Almaniya Çin elektromobillərinə tətbiq olunacaq rüsumların artırılmasına qarşı çıxmışdı, çünki bu, Çinin alman avtomobil sənayesinə vergi artırmaqla cavab verəcəyindən ehtiyatlanırdı.

“Ən pis ssenari – yüksək ABŞ rüsumları fonunda Çinin Avropa bazarını bürüməsidir”, – deyə siyasi tədqiqatlarla məşğul olan “Rhodium Group” təşkilatının baş məsləhətçisi Noa Barkin vurğulayıb.

Onun fikrincə, belə bir gedişat Avropa sənayesi üçün ikili zərbə olacaq və Avropa məhz bundan qaçmaq istəyir.

Tarix
2025.04.15 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla