Yuxarı

Ankaradan yunan ordusuna: Dərhal tədbir görüləcək!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankaradan yunan ordusuna: Dərhal tədbir görüləcək!

Son vaxtlarda Yunanıstanın “Dəniz məkanının planlaşdırılması” çərçivəsində Aralıq dənizinin şərq hissəsi və Egey dənizində heç bir hüquqi əsası olmayan və beynəlxalq hüquqa zidd olan bəzi təşəbbüslərini diqqətlə izləyirik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri olaraq Egey və Aralıq dənizinin şərq hissəsində hüquq və mənafelərimizi qorumaqda tam qərarlıyıq. Yunanıstanın dəniz yurisdiksiyası əraziləri ilə bağlı belə birtərəfli planları beynəlxalq hüquqa ziddir. Türkiyə, bölgədə ədalətli və beynəlxalq qanunlara uyğun dəniz yurisdiksiyasının bölüşdürülməsinin yalnız qarşılıqlı dialoq və xoş niyyət çərçivəsində mümkün olduğunu bildirir. Yunanıstanın mövcud mübahisələrə məhəl qoymayan və Türkiyə tərəfinin hüquqlarını pozan birtərəfli hərəkətləri, iddiaları və bəyanatları qəbuledilməzdir. Bu bəyanatların ölkəmiz üçün heç bir hüquqi nəticəsi yoxdur. Bu kontekstdə regionda baş verən proseslər yaxından izlənilir və ehtiyac yaranarsa, dərhal lazımi tədbirlər görüləcək”.

Qeyd edək ki, bir müddət əvvəl Yunanıstan Baş Qərargah rəisi Dimitrios Hupis 5 dəqiqə ərzində Türkiyəyə müdaxilə etməyə hazır olduqlarını açıqlamışdı.

Tarix
2025.04.17 / 15:17
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla