Yuxarı

Almaniyada Pasxa yürülşəri: Minlərlə insan sülh müraciəti etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada Pasxa yürülşəri: Minlərlə insan sülh müraciəti etdi

Almaniyanın müxtəlif şəhərlərində ənənəvi Pasxa yürüşləri keçirilib. Minlərlə insan küçələrə çıxaraq sülh, silahsızlaşdırma və diplomatiya çağırışları ilə hökumətə müraciət edib.

Axar.az xəbər verir ki, ölkə üzrə keçirilən təxminən 70 aksiyaya minlərlə insan qatılıb.

İlk yürüşlər səhər saatlarında Duysburq, Maynts, Volfsburq və Şverin şəhərlərində start götürüb. Bazar ertəsinə qədər davam edəcək bayram çərçivəsində Berlin, Bremen, Münhen, Leyptsiq və Ştutqart da daxil olmaqla, bir sıra şəhərlərdə 110-dan çox nümayiş, mitinq, veloyürüş və digər aksiyaların təşkili planlaşdırılır.

Builki yürüşlərdə əsas məqsəd Almaniyada hərbi potensialın artırılmasına qarşı çıxmaq və hökumətdən ölkənin “müharibəyə hazırlıqlı” deyil, “sülhə qadir” olmasını təmin etməklə bağlı konkret addımlar atmağı tələb etməkdir. Bu il Pasxa yürüşlərinin iştirakçıları əsasən Rusiya-Ukrayna müharibəsi, Qəzza zolağında yaşanan gərginlik və ABŞ-ın Almaniyaya ortamənzilli raketlər yerləşdirmək istəyinə qarşı etirazlar səsləndiriblər.

Almaniyada Pasxa yürüşləri 1960-cı illərdən bəri keçirilir. Ən genişmiqyaslı aksiyalar “Soyuq müharibə” dövründə - 1980-ci illərdə baş tutub. Həmin vaxt yürüşlərdə yüz minlərlə insan iştirak edib. Pandemiya dövründə aksiyalara qoyulan məhdudiyyətlər, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra sülh hərəkatı daxilində yaranan fikir ayrılıqları son illərdə iştirakçıların sayının azalmasına səbəb olub.

Tarix
2025.04.20 / 14:59
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla