Yuxarı

Türkiyə sabah yeni tarix yazacaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə sabah yeni tarix yazacaq...

Aprelin 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yeni "Türksat 6A" rabitə peykinin istismara verilməsi mərasimi keçiriləcək.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, qurğunun orbitə buraxılması türk peyklərinin əhatə dairəsini dünya üzrə 3,5 milyarddan 5 milyard insana çatdıracaq.

Respublikanın nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu qeyd edib ki, "Türksat 6A"nın dizayn xidmət müddəti ən azı 15 ildir. O vurğulayıb ki, bu uğur 1994-cü ildə "Türksat 1B", ardınca "Türksat 1C" (1996) və "Türksat 2A"nın (2001) buraxılması ilə başlayan işin yekunudur.

"Türksat 6A" peykinin buraxılması, tərkibindəki 100 komponentdən 84-nün yerli, yəni türk istehsalı olması ilə Türkiyəni rabitə peyklərinin istehsal texnologiyasına sahib olan 11 elit ölkə arasında yerini möhkəmləndirəcək.

Peykin istismara verilməsi mərasimi Ankaradakı Türksat Gölbaşi obyektində baş tutacaq. Cihazın istifadəyə verilməsi ilə Türkiyə Hindistan, Tailand, Malayziya və İndoneziyaya kimi ölkələrə rabitə xidmətlərini genişləndirə biləcək.

Tarix
2025.04.20 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla