Yuxarı

İsrail dəhşətli qətliamı etiraf etdi, komandiri qovdu – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail dəhşətli qətliamı etiraf etdi, komandiri qovdu – Foto

İsrail əsgərləri martın 23-də təcili yardım, yanğınsöndürmə maşınına və BMT-nin avtomobilinə atəş açarkən “peşəkar səhvlər” ediblər və protokolu pozublar.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bu səbəbdən İsrail Müdafiə Qüvvələri Qolani Briqadasının kəşfiyyat bölməsinin komandir müavini işdən azad edilib. Onun işdən uzaqlaşdırılmasının digər səbəbi istintaq zamanı qeyri-dəqiq məlumat verməsidir.

Hadisə isə belə baş verib: martın 23-nə keçən gecə ÇAXAL-ın Qəzza bölməsi Rəfahın Tel-Sultan məhəlləsini mühasirəyə almaq üçün əməliyyata başlayıb. 14-cü Zirehli Briqadanın tabeliyində fəaliyyət göstərən Qolani Briqadasının kəşfiyyat bölməsinin qoşunları gecə saat 02:30 radələrində Tel-Sultandan çıxan yolda pusqu qurublar. Gecə 04 radələrində təcili yardım maşınını “HƏMAS polis maşını” hesab edərək, atəş açıblar. Maşında olan 3 nəfərdən ikisi ölüb.

Təxminən bir saat sonra daha bir neçə təcili yardım və yanğınsöndürmə maşını yaxınlaşıb və onlar maşınları saxlayaraq, atəşə tutulan təcili yardımdakı həmkarlarına yardım etməyə tələsiblər. Pusquda duranlar 20 metrlikdə olmalarına baxmayaraq, briqada komandirinin müavini yanğınsöndürmə maşınını yük maşını “zənn edib” və atəş əmri verib. Nəticədə iki nəfər istisna olmaqla, xilasedicilərin hamısını öldürüblər.

05:18-də əraziyə yaxınlaşan BMT maşınını isə tanıdıqları halda yenə də atəş əmri verilib. Nəticədə BMT əməkdaşı da öldürülüb. Əsgərlər bildiriblər ki, guya onu çəkindirmək və hadisə yerindən uzaqlaşdırmaq üçün atəş açıblar.

Daha sonra 15 meyiti “itlərin yeməməsi üçün” yol qırağında qumluğa basdırıblar, maşınlar isə ordunun zirehli texnikası vasitəsilə yoldan kənarlaşdırılıb.

ÇAXAL xilasedicilərin qətlini səhv, BMT maşınının atəşə tutulması və əməkdaşının öldürülməsini isə “protokola zidd davranış” adlandıraraq, “təəssüfünü” bildirib. Buna baxmayaraq, “müharibə etik qaydalarının” pozulmadığını iddia edib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, İsrailin HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq Qəzzaya hücuma başladığı 18 ay ərzində ən azı 1060 tibb işçisi həlak olub.

Fələstin Qızıl Ayparası hərbi araşdırmanın nəticələrini rədd edərək, onu “yalanlarla dolu” adlandırıb və məsuliyyətin sərha komandirinin üzərinə atılmasının oyun olduğunu bildirib.

Tarix
2025.04.21 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla