Yuxarı

Atəşkəs bitdi, Rusiyanın kütləvi hücumu başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atəşkəs bitdi, Rusiyanın kütləvi hücumu başladı

Aprelin 21-nə keçən gecə, “Pasxa atəşkəs”i başa çatdıqdan dərhal sonra Rusiya Ukraynaya kamikadze dronları və raketlərlə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, Çerniqov, Sum, Xarkov, Zaporojye və Dnepropetrovsk vilayətlərində həyəcan siqnalları işə düşüb.

Bundan başqa, Ukrayna ordusu Rusiya təyyarələrinin bombalar atması və Sum və Xarkov vilayətlərində hədəflərə raket zərbələri endirilməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Nikolayev şəhəri də raket atəşinə tutulub. Şəhər meri Aleksandr Senkeviçin sözlərinə görə, zərbələr nəticəsində tələfat və dağıntı qeydə alınmayıb. Partlayışlar Çerkassk, Xerson və Odessa vilayətində də baş verib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində 19 aprel saat 18:00-dan “Pasxa atəşkəsi” elan etmişdi. Atəşkəs 21 aprelə keçən gecə başa çatıb.

Tarix
2025.04.21 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla