Yuxarı

Gecə klubunun mühafizəçisi necə Papa oldu?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gecə klubunun mühafizəçisi necə Papa oldu?

Xəbər verdiyimiz kimi, Roma Papası Fransisk bu gün Vatikanda dünyasını dəyişib.

Axar.az xəbər verir ki, Papa Fransisk adı ilə tanınan Xorxe Mario Berqoqlio həyatı boyu qeyri-ənənəvi seçimləri və sadə həyat tərzi ilə diqqət çəkib.

1936-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə italyan mühacir ailəsində doğulan Xorxe Mario gəncliyində bir neçə müxtəlif işlərdə çalışıb.

Gecə klublarının birində mühafizə xidmətində işləyib. Daha sonra kimya ixtisası üzrə təhsil alıb və fəaliyyətini laborant kimi davam etdirib.

Gənc yaşda keçirdiyi ağır pnevmoniya səbəbindən ağciyərinin bir hissəsi götürülüb.

Xorxe Mario Berqoqlio 1958-ci ildə Yezuit təriqətinə qoşulub. Din, təhsil və fəlsəfə sahəsində intensiv təhsil aldıqdan sonra keşiş təyin edilib. O, 1998-ci ildə Buenos-Ayres arxiyepiskopu, 2001-ci ildə isə kardinal seçilib.

2013-cü ildəki seçkilərindən sonra o, Papa Fransisk kimi tanınmağa başladı. O, həm Cənubi Amerikadan seçilən, həm də Yezuit əsilli ilk Papa kimi tarixə düşüb.

Papa Fransisk dəbdəbəli saraylardan qaçırdı. O, papalıq sarayında deyil, Vatikanda təvazökar şəkildə qonaq evində yaşamağa üstünlük verirdi. Rituallar zamanı qızıl naxışlı taxt yerinə plastik stuldan istifadə etməsi onun sadə həyat fəlsəfəsinin simvoluna çevrilmişdi.

Tarix
2025.04.21 / 15:34
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla