Yuxarı

Rusiyada miqrantlar üçün daha bir tələb – Yeni qanun

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada miqrantlar üçün daha bir tələb – Yeni qanun

Dövlət Dumasının Əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin rəhbəri Yaroslav Nilov miqrant uşaqların rus dilini bilməsini yoxlamaq cəhdlərinin maksimum iki illə məhdudlaşdıran qanun layihəsi hazırlayıb.

Axar.az xəbər verir ki, TASS qanun layihəsinin tezliklə Dövlət Dumasına təqdim olunacağını yazıb.

Rusiyada aprelin 1-dən rus dilini bilməyən miqrantların övladlarının məktəbə qəbulunu qadağan edən qanun qüvvəyə minib. Sınaq ümumi təhsil müəssisələrində keçiriləcək: bütün prosedur videoya çəkilməli, uşağın şifahi cavabları audio yazıya alınmalıdır. İmtahan uğursuz olarsa, uşağa əlavə dil hazırlığı təklif olunacaq və üç aydan gec olmayaraq test təkrarlanacaq.

“Rus dili üzrə biliklərin yoxlanılması cəhdlərinin sayı iki illə məhdudlaşdırmaq təklif olunur, bundan sonra əcnəbi vətəndaş ibtidai və orta ümumi təhsilin təhsil proqramlarını ödənişsiz əsaslarla mənimsəmək hüququnu itirəcək”, - layihənin izahatında bildirilir.

Nilovun fikrincə, qanun layihəsi şagirdlər arasında mümkün yaş fərqini aradan qaldıracaq:

“Bu problem məktəb yaşlı uşaqlar üçün son dərəcə aktualdır. Təlim rahat və təhlükəsiz şəraitdə aparılmalıdır. Bir qrup uşaqda bir yaş fərq o qədər də böyük deyilsə, iki il fərq həm şagirdlərin özləri, həm də pedaqoji kollektiv üçün narahatlıq doğurur. Bu, həm də o deməkdir ki, iki il ərzində xarici vətəndaş Rusiya cəmiyyətinə inteqrasiya olunmayıb”.

Tarix
2025.04.22 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla