Yuxarı

Almaniyada fikir azadlığı təhlükə altındadır - "Ekonomist"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada fikir azadlığı təhlükə altındadır - "Ekonomist"

Böyük Britaniyanın nüfuzlu “Ekonomist” jurnalı Almaniyada ifadə azadlığının getdikcə daha çox təhdid altına düşdüyündən yazıb. Nəşr qeyd edir ki, bu tendensiya həm qanunvericilik, həm də məhkəmə qərarları və ictimaiyyətin tənqidə münasibəti fonunda müşahidə olunur.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, nəşrin diqqət mərkəzində sağ-mərkəzçi “Deutschland-Kurier” qəzetinin baş redaktoru David Bendelsin işi dayanır. O, Almaniyanın daxili işlər naziri Nensi Fezerin fotosunu montaj edərək sosial şəbəkələrdə paylaşıb. Şəkildə nazirin əlində “Mən fikir azadlığına nifrət edirəm” yazısı olan plakat əks olunub. Nazirin şikayəti əsasında açılan iş üzrə məhkəmə D.Bendelsi yeddi ay müddətinə şərti həbs cəzası, yüksək məbləğdə cərimə və ictimai şəkildə üzr istəmə cəzasına məhkum edib.

“Ekonomist” yazır ki, bu qərar ölkə daxilində və xaricdə geniş rezonans doğurub. Nəticədə sözügedən foto sosial mediada daha da yayılıb və çoxsaylı istifadəçilər tərəfindən yeni – bəzən zövqsüz montajların hazırlanmasına səbəb olub. Bu hal fikir və söz azadlığının, eləcə də fikirlərin şəkil vasitəsilə yayılmasının konstitusiya ilə təmin olunduğu bir ölkədə ciddi narahatlıq doğurub. Almaniyada son illərdə siyasətçilərin “iş fəaliyyətinə ciddi təsir göstərən” təhqirlərin qanunla daha sərt şəkildə cəzalandırılması imkanı yaradılıb.

Nəşr əlavə edib ki, hazırkı koalisiya hökumətinin proqramında dezinformasiyaya qarşı mübarizə məqsədilə xüsusi tənzimləyici qurumun səlahiyyətlərinin artırılması da nəzərdə tutulur. Jurnal bu təşəbbüsün ifadə azadlığına mümkün təsirlərinə diqqət çəkir.

“Allensbach” ictimai rəy institutunun 2024-cü ildə keçirdiyi sorğuya istinad edən nəşr bildirir ki, almanların yalnız 40 faizi öz fikirlərini sərbəst ifadə edə bildiklərini düşünür. Bu göstərici 1990-cı ildən bəri iki dəfə azalıb və son illərin ən aşağı səviyyəsidir.

Tarix
2025.04.23 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla