Yuxarı

İmamoğluya görə Türkiyəyə qadağa… - Berlin təkzib etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğluya görə Türkiyəyə qadağa… - Berlin təkzib etdi

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi hökumətin “Eurofighter” (Tayfun) təyyarələrinin Türkiyəyə satışını əngəllədiyi ilə bağlı iddiaları təkzib edib.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin rəsmi sorğusuna nazirliyin cavabında bildirilib.

Nazirlik vurğulayıb ki, bu barədə qərarı hazırkı müvəqqəti hökumət deyil, yeni hökumət qəbul edəcək.

Qeyd edək ki, Türkiyə “Tayfun” qırıcılarını almaq üçün uzun müddətdir danışıqlar aparır. Qırıcının istehsalçısı Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya konsorsuimu olduğu üçün, satışına bu 4 ölkənin razılıq verməsi lazımdır.

Bir müddət öncə isə İstanbul Böyükəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun korrupsiya ittihamı ilə həbsinə görə Almaniyanın “Tayfun” qırıcılarının Türkiyəyə satışına veto qoyduğu haqda məlumat yayılmışdı.

Tarix
2025.04.24 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla