Yuxarı

İsveçrəyə uçan təyyarə Berlinə məcburi eniş etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçrəyə uçan təyyarə Berlinə məcburi eniş etdi

Finlandiyadan İsveçrəyə uçan sərnişin təyyarəsi sərxoş sərnişinin aqressiv hərəkətləri ilə əlaqədar Berlin-Brandenburq aeroportuna məcburi eniş edib.

Axar.az xəbər verir ki, bu barədə “Şpiqel” nəşri məlumat yayıb.

Helsinki-Zürih reysi üzrə hərəkət edən təyyarənin sərnişini, 42 yaşlı Finlandiya vətəndaşı hava gəmisindəki digər sərnişinlərə və ekipaj üzvlərinə qarşı aqressiv və təhqiramiz hərəkətlər edib. Yaranmış vəziyyətlə əlaqədar pilot Berlin aeroportuna eniş etmək qərarına gəlib.

Hava limanında polis əməkdaşları finlandiyalı sərnişini saxlayıblar. Onun yüksək miqdarda spirtli içki qəbul etdiyi müəyyən olunub. Həmin şəxs barəsində inzibati qaydada araşdırmalara başlanılıb və o, 2200 avro məbləğində cərimələnib.

Prosedurlar başa çatdıqdan sonra sərnişin sərbəst buraxılıb. İnsidentdən sonra təyyarə yenidən havaya qalxıb və Zürih istiqamətində uçuşu davam etdirib.

Tarix
2025.04.25 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla