Yuxarı

İranda partlayış: 40 nəfər öldü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda partlayış: 40 nəfər öldü - Video

2025.04.26 - 13:25

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.

Axar.az xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.

Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil.

Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.

***

İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.

Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.

İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.

Bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.

"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.

Bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.

Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

***

İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.

Bu barədə İranın yerli hakimiyyət orqanları məlumat veriblər.

***

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.

Bu barədə İran mətbuatı məlumat yayıb.

***

İranın Şəhid Recai limanda baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

***

Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.

***

İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Yaralıların sayı isə 750 nəfərə çatıb.

***

Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Bu barədə İranın daxili işlər naziri İsgəndər Momeni bildirib.

***

Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Bunu ILNA-ya müsahibəsində İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.

***

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.

Tarix
2025.04.27 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla