Yuxarı

Ukrayna Trampın şərtlərini rədd etməlidir - Almaniya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Trampın şərtlərini rədd etməlidir - Almaniya

Ukrayna ABŞ Prezidenti Donald Trampın öz ərazilərini vermək təklifi ilə razılaşmamalıdır.

Axar.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın ARD telekanalına müsahibəsində deyib.

Onun fikrincə, Amerika liderinin təklif etdiyi atəşkəs şərtləri daha çox kapitulyasiyaya bənzəyir:

"Kiyev açıq şəkildə bilir ki, xoş niyyətlə razılaşdırılmış davamlı atəşkəsə nail olmaq üçün müəyyən ərazilərdən imtina etməli ola bilər. Lakin onlar, şübhəsiz ki, Amerika prezidentinin son təklifi qədər uzağa getməyəcək, ya da getməməlidir".

Nazir vurğulayıb ki, Ukrayna belə şərtləri bir il əvvəl təkbaşına da əldə edə bilərdi: "Bu təslim olmaq kimi görünür".

Qeyd edək ki, Qərb mətbuatının yazdığına görə, Donald Tramp administrasiyası Ukraynaya Rusiyanın xeyrinə əhəmiyyətli ərazi güzəştlərini ehtiva edən sülh planı təklif edib.

Plana Krımın Rusiyanın bir hissəsi kimi rəsmi tanınması və işğal olunmuş ərazilərə Moskvanın nəzarətinin qeyri-rəsmi qəbul edilməsi daxildir.

Tarix
2025.04.28 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla