Yuxarı

Ukrayna 4 aydır ABŞ-dan silah almır: Kiyevin “B planı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna 4 aydır ABŞ-dan silah almır: Kiyevin “B planı”

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Vatikanda son görüşdən sonra Ağ Ev Kiyevin sülh planına razılıq verməsində, eləcə də ərazisinin ən azı beşdə birindən imtina etməsində israr edir.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Kiyev imtina cavabı verir və artıq dörd aydır ki, ABŞ-dan yeni təchizat almır, yalnız əvvəllər vəd edilmiş silahlara arxalanır. Müdafiəsiz qalmamaq üçün Ukrayna özünün müdafiə sənayesini kəskin şəkildə sürətləndirib. Kamikadze hücumu üçün dronların istehsalı 2023-cü ildəki 600 min ədəddən ötən il 1,5 milyon ədədə qədər artıb, 2025-ci ilin sonuna isə bu rəqəm üç milyona çatmalıdır. Bu artıq döyüş meydanında hiss olunur: iki il əvvəl PUA Rusiya itkilərinin təxminən üçdə birində rol oynayırdısa, indi dörddə üçündə rol oynayır. Ağır artilleriya da geri qalmır. Hələ 2022-ci ildə Ukrayna ümumiyyətlə öz haubitsalarını yaratmırdı, lakin indi hər ay iyirmi ədəd “Boqdan” özüyeriyən haubitsa konveyerdən çıxır və onlar üçün 155 mm-lik mərmilərin bir hissəsi də Ukraynada yığılır. İndi Ukraynanın sursatla bağlı problemi yoxdur. Ukrayna ordusunun əsas problemi insan faktoru olaraq qalır. Yüz minlərlə şəxs artıq silah altındadır və 18-24 yaşlı yeni könüllüləri cəlb etmək üçün Ukrayna Müdafiə Nazirliyi maaşları iki dəfə artıraraq ildə 42 min avroya çatdırıb. Bu, səfərbərlik çərçivəsində əvvəllər orduya çağırılanların qazancından təxminən iki dəfə çoxdur”, - nəşr qeyd edib.

Tarix
2025.04.28 / 16:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla