Yuxarı

İran inkar etdi, Rusiya ortaya video qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran inkar etdi, Rusiya ortaya video qoydu

Bəndər Abbas şəhərinin Şəhid Rəcayi limanındakı yanğının söndürülməsi üçün Rusiyanın göndərdiyi təyyarələrdən istifadə edilməyib.

Axar.az xəbər verir ki, bunu İranın daxili işlər naziri İsgəndər Mömüni deyib.

Mömüninin bu açıqlamasından dərhal sonra Rusiyanın Tehrandakı səfirliyi X hesabında paylaşım edərək, yanğınsöndürən təyyarələrin Şəhid Rəcayi limanın üzərində uçduqlarını, su və yanğınsöndürən maye səpdiklərini əks etdirən videolar yayıb.

Səfirlik video paylaşımında Rusiyanın dəstəyini əks etdirən mətn də əlavə edib:

“Rusiya Fövqəladə Hallar Nazirliyi iranlı həmkarları ilə sıx əməkdaşlıq edərək Bəndər Abbasda təqdirəlayiq və cəsarətli əməliyyat həyata keçirib”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Bəndər Abbasdakı yanğının söndürülməsi üçün İrana B-200ÇS amfibiya təyyarəsi və bir İl-76 təyyarəsi göndərilmişdi.

Tarix
2025.04.29 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla