Yuxarı

Müharibə qaçılmazdır: İsrail Türkiyə sərhədində...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə qaçılmazdır: İsrail Türkiyə sərhədində...

ABŞ və İsrailin İrana qarşı təzyiqlərinin artması fonunda Tehrana bağlı İraqdakı şiə milisləri regional qarşıdurmaların mərkəzində yer alır.

Axar.az xəbər verir ki, bu barədə Ərəb-İran Siyasət Forumunun təhlilində bildirilib.

Qeyd olunur ki, İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqda təşkil olunan milislərə İsrail tərəfindən cavab zərbəsi endirilməsi halında regional müharibə qaçılmaz olacaq. İsrail Suriyadan sonra İraqda da qarşıdurmaları Türkiyə sərhədinə qədər daşıyaraq xaos yarada bilər:

“ABŞ və İran arasında danışıqlar davam edərkən, İsraildən yayılan xəbərlər Təl-Əviv rəhbərliyinin yaxın zamanda Tehranın nüvə obyektlərinə qarşı hərbi əməliyyata başlaya biləcəyini göstərir. İsrail ilə İran arasında qarşıdurma ehtimalı hər keçən gün artır, diplomatik arenada isə İranın nüvə proqramını tamamilə dayandırmasının mümkün olmadığı müzakirə olunur. ABŞ Prezidenti Donald Tramp da son günlərdə İranın nüvə proqramını dayandırmaqdan imtina etməsi halında İsrailin hərbi müdaxiləsinin qaçılmaz olduğunu açıqlamışdı. Lakin İsrail-ABŞ-ın İrana müdaxiləsindən öncə hədəfə alınan başqa bir güc də var. İranın son 11 ildə dəstək verdiyi iraqlı şiə yarımhərbi qüvvə – Xalq Səfərbərlik Gücləri – İraqı da müharibə tənliyinə daxil edə bilər.

Bu mövzu ilə bağlı ilk təhlil Vaşinqton İnstitutunda dərc olunub. Təhlildə Xalq Səfərbərlik Güclərinin ABŞ tərəfindən “terrorçu təşkilat” kimi tanındığı qeyd olunur və Bağdadın bu qurumun “daimi təhlükəsizlik qüvvəsi” kimi tanınacağı hüquqi bir çərçivə hazırlığında olduğu bildirilir”.

Analizdə qeyd olunur ki, bu qanunun qəbul olunması halında İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bərabər bir güc İraqın təhlükəsizlik sektorunun mərkəzinə yerləşəcək.

Tarix
2025.04.30 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla