Yuxarı

ABŞ Rakkada Rusiya ilə toqquşa bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rakkada Rusiya ilə toqquşa bilər

Suriya qoşunlarının Rakka əyalətində irəliləməsi Rusiya ilə ABŞ-ın toqquşmaq riskini yaradır.

Axar.az xəbər verir ki, bu iddia ilə Faynənşl Tayms qəzeti çıxış edib.

Nəşrin yazdığına görə, ABŞ tərəfindən dəstəklənən müxalifət ordusu ilə Rusiya tərəfindən dəstəklənən hökumət orduları Rakkanı de-fakto öz paytaxtı etmək üçün mübarizəyə başlayacaq.

Lakin ABŞ mütəxəssisləri bu variantı istisna edir. Onların fikrincə, tərəflər Rakka uğrunda hücuma eyni zamanda başlamayacaq. Bu isə onların toqquşmasının qarşısını alacaq.

Nəşrin iddialarına görə, Rakka uğrunda baş tutacağı ehtimal olunan qarşıdurma indidən Rusiya ilə ABŞ arasındakı gərginliyi artırır:

"Tərəflər İŞİD terror qruplaşmasına qarşı öz güclərini birləşdirmək əvəzinə rəqabət aparır, bu isə strateji təhlükələri artırır. ABŞ-ın İŞİD üzərində qələbə qazanmaq üçün hökumət qüvvələri ilə danışıqlara hazır olması özü ABŞ üçün böyük riskdir. Çünki bu halda o, müxalif qüvvələr arasında olan etibarını itirmək riski ilə qarşı-qarşıya qala, bu isə sözügedən qüvvələrin ABŞ-dan üz döndərməsi ilə nəticələnə bilər".

Tarix
2016.06.08 / 18:09
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla