Yuxarı

Tez-tez Kremldə gecələyirəm - Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tez-tez Kremldə gecələyirəm - Putin

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, son üç ildə daha çox Kremldə gecələməli olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Rusiya lideri bunu “Rusiya. Kreml. Putin. 25 il” sənədli filminə müsahibəsində bildirib.

Sənədli kadrlarda Putin və VGTRK-nın jurnalisti Pavel Zarubinin Kremldəki mənzilə birlikdə daxil olduqları görünür.

Jurnalist prezidentdən soruşur: “Deməli, siz tez-tez burada gecələyirsiniz?”

Putin suala cavab olaraq deyir: "Bəli. Son üç ildə əsasən burada gecələməli oluram".

Pəncərənin yanındakı ağ pianinonu göstərərək jurnalist prezidentdən ifa etməyə vaxtının olub-olmadığını soruşur.

“Çox nadir hallarda” - deyə, Rusiya lideri jurnalistə cavab verir.

Putin daha sonra Zarubinə kitabxananı, iki yataq otağını və “ev kilsəsini” göstərir.

Tarix
2025.04.30 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla