Yuxarı

Ukrayna-ABŞ sazişi: Gəlirlər necə bölüşdürüləcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna-ABŞ sazişi: Gəlirlər necə bölüşdürüləcək?

Ukrayna və ABŞ yeni yaradılmış Bərpa İnvestisiya Fondundan gəlirlərin bölüşdürülməsi üçün dəqiq bir mexanizmə malikdir.

Axar.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko deyib.

Onun sözlərinə görə, saziş imzalanarkən ABŞ və Ukrayna Fondun paylarını bərabər şəkildə bölüşəcəklər – yəni 50/50 nisbətində. Lakin sonradan əlavə vəsaitlər yatırmaq mümkün olacaq və bu məbləğ gəlirin bölüşdürülməsinə təsir edəcək:

“Gəlir bölgüsü yalnız 10 ildən sonra həyata keçiriləcək. Bu dövr ərzində isə investisiyalar yalnız Ukraynaya yönəldiləcək. O ki qaldı gəlirlərin bölüşdürülməsinə, təsəvvür edin ki, fond 10 il ərzində 2 milyard dollar mənfəət gətirir. Bu müddətdə ABŞ fonda əlavə olaraq 1 milyard dollar yardım ayırıb. Belə olan halda, əvvəlcə həmin əlavə vəsait, yəni 1 milyard dollar ABŞ-a qaytarılır, qalan mənfəət tərəflər arasında bərabər şəkildə bölüşdürülür”.

Qeyd edək ki, ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondu haqqında saziş 1 may tarixində imzalanıb. Sənəddə ölkənin bərpasına yönəldilmiş və qlobal investisiyaların cəlb olunacağı xüsusi fondun yaradılması nəzərdə tutulur.

Tarix
2025.05.08 / 15:10
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla