Yuxarı

Kadırov Putini aldatdı: Mən olmasam, qan töküləcək…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov Putini aldatdı: Mən olmasam, qan töküləcək…

Vladimir Putinlə söhbətdən sonra Ramzan Kadırov əmindir ki, artıq onun istefası mövzusu gündəmdə deyil. Kreml isə məsələnin bu qədər sadə olmadığını bildirir.

Axar.az xəbər verir ki, bu barədə “Kremlin sekret” Teleqram kanalı Rusiya Prezident Administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

“Ramzan hiyləgərcəsinə davrandı. Eyham və tərəddüdlərlə də olsa, Vladimir Vladimiroviçə belə bir fikir çatdırdı ki, guya o olmasa, Qafqazda – təkcə Çeçenistanda yox, bütün regionda – müharibə və böyük qan töküləcək. Həmçinin radikallardan – islamçılardan və separatçılardan danışdı. Guya onlar Kadırovdan qorxurlar və əgər Ramzan olmasa, artıq Moskvada terror aktları törədərdilər. Vladimir Vladimiroviç bütün bunlara qulaq asdı və hələlik Kadırovun istefasından imtina etmək qərarına gəldi”, - mənbə bildirib.

Başqa bir mənbənin sözlərinə görə isə Kadırov prezidentə sağlamlığı ilə bağlı şayiələrin şişirdildiyini, vəziyyətinin normal olduğunu deyib. Mənbə qeyd edir ki, Çeçenistan rəhbəri Putini ciddi təhlükəyə inandıra bildiyinə və buna görə də prezidentin onun istefasını artıq düşünmədiyinə əmindir. Amma bu, reallığı əks etdirmir:

“Mən Ramzanın yerində olsaydım, sevinməyə tələsməzdim. İki ay ərzində Vladimir Vladimiroviç onun gələcəyi ilə bağlı qərar verəcək. Və bu qərarın Kadırovu sevindirəcəyinə əmin deyiləm, hər şey ola bilər”.

Tarix
2025.05.08 / 18:06
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla