Yuxarı

Özal iranlı diplomata kürdlər haqda nə demişdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özal iranlı diplomata kürdlər haqda nə demişdi?

Türkiyənin 8-ci prezidenti Turqut Özal İrana səfəri zamanı Kürdüstan adlı əyalətin olduğunu eşidəndə xeyli təəccüblənib.

Axar.az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin iş yoldaşı Əsgər Fərdi deyib.

Sabiq diplomat Turqut Özalla bağlı xatirəsini danışaraq mərhum prezidentin ona dəyərli hədiyyə verdiyini söyləyib:

"Rəhmətlik Turqut Özal İranda Kürdüstan adlı bir əyalətin olduğunu öyrənəndə çox təəccüblənmişdi. Tehranda birlikdə gəzərkən ən böyük magistral yolun adının "Kürdüstan" olduğunu dedim. Mənə tərəf dönüb "Çox yaxşı etmisiniz. Biz bu illər ərzində inkar etdik, nə oldu?" - dedi.

Turqut Özal Türkiyəyə döndükdən sonra mənə bir bağlama göndərmişdi. İçində "Növbahar" adlı kürd dilində jurnal, zazaca-türkcə lüğət və bir musiqi kaseti var idi. Bir də qeyd yazmışdı: "Qardaşım, mən də Türkiyədə eyni işləri görməyə başladım və bundan qazanacağımıza şübhə etmirəm…"".

Tarix
2016.06.11 / 09:49
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla