Yuxarı

Hakan Fidan sui-qəsdə məruz qaldığını açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakan Fidan sui-qəsdə məruz qaldığını açıqladı

Türkiyənin xarici işlər naziri Hakan Fidan sui-qəsdə məruz qaldığını açıqlayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, bunu "24 TV"yə müsahibəsində bildirib.

"Mənə sui-qəsd edildi. Zəhərləndim, müalicə olundum. Davamlı sui-qəsdlərə məruz qalırıq. Bu, mübarizəmizin bir hissəsidir. Mənə ağır dozada arsen (mərgümüş) və civə verildi. Bu, testlərdə təsdiq olundu. Bunlar bizi yolumuzdan döndərə bilməz. Zatən biz vətənə xidmət etmək üçün varıq. Sizə mənəvi və fiziki sui-qəsdlər edəcəklər. Prezidentimizə bir neçə dəfə sui-qəsd etmək istədilər. Biz də onun yolu ilə gedən biri olaraq bütün bunlara məruz qalacağımızı öncədən bilirdik. Bu işin qaydası budur”, - o deyib.

XİN rəhbəri “Bunu kimin etdiyi barədə məlumatınız varmı?” sualına belə cavab verib:

“Gəlin, o detallara varmayaq, bunlar kənarda baş verən məsələlərdir. Düşmən təkcə daxildə deyil, hər yerdə var”.

Sui-qəsd cəhdi H.Fidan Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri işlədiyi dövrdə olub.

Tarix
2025.05.10 / 01:08
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla