Yuxarı

ABŞ-ın Rusiyaya qarşı ritorikası sərtləşib - Tayms

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Rusiyaya qarşı ritorikası sərtləşib - Tayms

Donald Trampın Rusiyaya qarşı ritorikası son vaxtlar xeyli sərtləşib və Kremli reaksiya verməyə məcbur edib. Amma reaksiya hələlik yalnız sözdə qalır və görünür ki, Vladimir Putin Ukraynadakı maksimalist məqsədlərindən əl çəkməyə hazır deyil.

Axar.az xəbər verir ki, bu barədə "Tayms" məlumat yayıb.

Nəşr xüsusilə Putinin Qərb və Ukraynanın ona 30 günlük atəşkəs üçün ultimatum verməsindən sonra gecə saat 2-də "fövqəladə yayımı"na işarə edib:

"Ukrayna ilə birbaşa danışıqları təklif etsə də, rus lider dərhal atəşkəsi rədd etdi və müharibənin əsas səbəblərinin aradan qaldırılması tələbini təkrarladı.

Kreml dilində bu bəyanat o deməkdir ki, Putin ən azı Kiyevdəki qərbyönlü hökumətin devrilməsini və Ukraynanın NATO-ya doğru kursundan əl çəkməsini tələb edir. O da ola bilər ki, Putin Ukraynanın Krımdan və Rusiyanın hələ də tam nəzarət etmədiyi dörd regionundan imtina etməsini nəzərdə tutur. Putinin Qərbin yeni sanksiyalarından qorxması inandırıcı deyil, çünki Rusiya artıq dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsidir, lakin bu, Moskva və Sankt-Peterburqda həyat səviyyəsinə o qədər də təsir etməyib.

Və beləliklə, Kreml öz tələblərini həftəbəhəftə təkrarlayır, bəzən fərqli sözlərdən istifadə edir, lakin heç bir əsaslı dəyişiklik olmadan sülhə gedən yeganə yolun Ukraynanın Rusiyaya istədiyi hər şeyi verməsidir".

Tarix
2025.05.12 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla