Yuxarı

Kremldən siqnal: Şoyqu niyə tibbi müayinədən keçirilir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldən siqnal: Şoyqu niyə tibbi müayinədən keçirilir?

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun planlı tibbi müayinədən keçməsi ilə bağlı xəbər siyasi dairələrdə adi bir hadisə kimi deyil, onun gələcək karyerası ilə bağlı məsələnin aydınlaşması kimi qiymətləndirilir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, belə bir tibbi müayinə adətən hərbi qulluqçuların ehtiyata buraxılması öncəsi keçirilir və bu prosesin zəruri mərhələsi hesab olunur:

“Hadisələrin iki ssenari üzrə inkişaf edəcəyi güman olunur. Birinci variant – “şərəfli istefa” və Şoyqunun Federasiya Şurasına keçməsi, eləcə də ölkənin müdafiə sənayesində aparılan antikorrupsiya tədbirləri ilə bağlı hər hansı şərhdən tam çəkinməsidir. İkinci variant isə cinayət təqibidir. Müdafiə Nazirliyindəki korrupsiya sxemləri üzrə aparılan araşdırmalar fonunda bu ehtimal getdikcə artır. Çünki orada həyata keçirilən genişmiqyaslı maliyyə əməliyyatlarının nazirin xəbəri olmadan baş tutması çətin görünür”.

Qeyd olunub ki, Şoyquya yaxın şəxslər onun müdafiə naziri vəzifəsindən getdikdən sonra qeyri-müəyyən vəziyyətdə olduğunu bildirirlər:

“Bir neçə həftəyə 70 yaşını tamamlayacaq Şoyqu üçün bu, təqaüdə çıxmaq baxımından münasib vaxt kimi görünür. Həqiqətən də bu il onun fəaliyyəti xeyli azalıb. O, sonuncu dəfə ictimaiyyət qarşısında apreldə – BRİKS ölkələrinin nümayəndələrinin görüşündə çıxış edib. Şoyqu bu il heç nə ilə yadda qalmadı. Görünür, ona bu vəzifəni yalnız müavinlərinin bir-bir həbsindən sonra sakit şəkildə getməsi üçün verdilər”.

Tarix
2025.05.12 / 12:16
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla