Yuxarı

Cənubda ciddi plan qurulur - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubda ciddi plan qurulur - Ərdoğan

Suriyada çox ciddi bir layihə həyata keçirilir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Hazırda cənubumuzda, Suriyada ciddi bir plan qurulur. Çox təəssüflər olsun ki, bu planda bizə dost kimi görünənlərin də hiyləgərlikləri var. Bunu açıq şəkildə demək məcburiyyətindəyəm. Onu da vurğulayım ki, söylədiklərimiz hazırda onlar tərəfindən də izlənir. Avropanın edə bilmədiyini Türkiyə etdi. Dünya qaçqınlara arxa çevirdiyi halda, Türkiyə onları qəbul etdi. Türkiyə PKK-dan, bölgəmiz isə İŞİD-dən xilas olmayana qədər bu faciələr bitməyəcək", - Ərdoğan bildirib.

Prezident əfsanəvi müsəlman boksçu Məhəmməd Əli barədə də danışıb:

"Məhəmməd Əlinin Vyetnama getməməsi olduqca başadüşülən idi. Çempionluğunu itirmək bahasına belə, Vyetnama getmədi. "Onlar bizə hücum etmədi. Nəyə görə gedim ora?" dedi. Həbs etdilər, çempionluqdan məhrum etdilər. Lakin o həyatda dik durdu".

Tarix
2016.06.12 / 00:58
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla