Yuxarı

Həmin gecə Hindistan bizə yalvarırdı - Şahbaz Şərif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmin gecə Hindistan bizə yalvarırdı - Şahbaz Şərif

Biz müharibədə qalib gəldik, lakin sülh istəyirik.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla atəşkəslə nəticələnən hərbi qarşıdurma barədə danışarkən deyib.

Hindistana qarşı əməliyyatın uğurunu qeyd edən baş nazir sülhün tərəfdarı olduğunu vurğulayıb:

"Düşmənimizə dərs verdik, lakin təcavüzü pisləyirik. Bu regionun da digər bölgələlər kimi firavan və mütərəqqi olmasını istəyirik. Bu, ancaq gərgin əmək, yorulmaz səy və sülhsevər qonşular kimi yaşamaqla mümkün ola bilər".

Şahbaz Şərif Kəşmir məsələsinin həllinin bölgədə davamlı sülh üçün vacib olduğunu xatırladıb:

"Biz üç müharibə apardıq, lakin heç nə qazana bilmədik. İndi Pakistan və qonşuları bir araya gələrək, sülhsevər qonşular kimi hərəkət etməli və illərdir davam edən problemləri aradan qaldırlamlıdır".

Baş nazir Hindistan “qırmızı xətt”i keçdiyini, Pakistanın beynəlxalq araşdırma təklifini rədd etdiyini bildirib. O vurğulayıb ki, buna görə də mayın 9-dan 10-na keçən gecə komandanları ilə danışıqlarda qarşı tərəfə “lazımi cavab” vermək barədə qərar qəbul ediblər.

Şərifin sözlərinə görə, həmin gecə yerli vaxtla saat 02:30 radələrində Baş Qərargah rəisi ona Hindistanın Pakistana ballistik raket hücumu təşkil etdiyini məruzə edib: “Mənə dedi ki, cənab Baş nazir, düşmənə elə cavab verək ki, onlar bunu heç vaxt unutmasınlar”.

Baş nazir Pakistanın həmin gecə qisas aldığını və sonra cəbhənin o biri tərəfindən atəşkəs çağırışı gəldiyini deyib:

“Baş Qərargah rəisi mənə “layiqli cavab verdik, indi atəşkəs üçün yalvarırlar” dedi. Cavab verdim ki, düşmənin başını ağrıdan və onları atəşkəsi qəbul etməyə məcbur edən zərbədən böyük nə ola bilər? Təklifi qəbul edin”.

Tarix
2025.05.17 / 01:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bu qərar ölkəmizin daxili məsələsidir – Partiyadan bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla