Yuxarı

Bu, Putinin şousudur, qorxmayın - Krivolap

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Putinin şousudur, qorxmayın - Krivolap

Rusiya tərəfindən "RS-24 Yars" qitələrarası raketinin ehtimal olunan nümayişi heç bir hərbi əhəmiyyət kəsb etməyəcək, yalnız siyasi mahiyyət daşıya bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı aviasiya eksperti Konstantin Krivolap deyib.

"Bir tərəfdən bu “Yars”a hazır olmalıyıq, amma panikaya düşməməliyik. Şübhəsiz ki, bu qitələrarası raket oyun dəyişdiricisi olmayacaq. Bu, yalnız Putinin təhdidi, guya hər şeyə qadir olduğunu və sanksiyalara əhəmiyyət vermədiyini göstərəcək. Necə ki danışıqlar Trampın teatrıdır, Putinin də “Yars”la təhdidləri Tramp və Avropa üçün ancaq teatrdır", - o bildirib.

Onun fikrincə, Putin bu raketlə Ukraynanı və Qərbi qorxudur, çünki “Oreşnik”lə sınaqlardan sonra onun nümayiş etdirəcək başqa bir şeyi yoxdur.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı Rusiyanın "Yars"la zərbə endirəcəyi haqda məlumat yaymışdı.

Tarix
2025.05.19 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla