Yuxarı

Prezidentin oğlu Rusiya bankına 350 milyon dollar pul atdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin oğlu Rusiya bankına 350 milyon dollar pul atdı

Nyu Yorkun Bruklin şəhərinin federal məhkəməsi Mozambikin keçmiş maliyyə naziri, ölkənin keçmiş prezidentinin oğlu və “Credit Suisse” bankının üç eks-bankirinə Rusiyanın VTB bankına 352 milyon dollar təzminat ödəmələri ilə bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.

Məlumata görə, VTB Mozambikin sabiq prezidenti Armando Gebuzanın ailə üzvlərinin iştirak etdiyi böyük bir dələduzluq işinin qurbanı kimi müəyyən olunub.

Bildirilib ki, ölkə rəsmiləri və bankirləri 2014-cü ildə Mozambik dövlət istiqrazlarının 2 milyard dollarlıq buraxılışını əhatə edən korrupsiya sxemində iştirak edib:

“Pullar ton balığı ovu, sahil mühafizəsi və gəmiqayırma zavodunun tikintisi layihələri üçün Mozambik zəmanəti altında toplanıb. Lakin alınan kreditlərin 500 milyon dolları izsiz yoxa çıxıb, 200 milyon dollar bank komisiyalarına xərclənib, vəsaitin bir hissəsi “Credit Suisse”nin keçmiş işçilərinə və Mozambik rəsmilərinə rüşvət kimi verilib. Rusiya bankı VTB bu proqramın ən böyük investorlarından biri olub. Layihənin maliyyə memarları isə İsveçrə “Credit Suisse” bankirləri idi. Onlar Mozambik hökuməti ilə birlikdə Xarici Korrupsiya Təcrübələri Aktını pozaraq, istiqraz alıcılarından Mozambik borcunun həqiqi həcmini və nəticədə 2016-cı ildə baş vermiş yüksək defolt riskini gizlətməklə investorları aldadıblar”.

Mozambikdə ton balığı ilə bağlı məhkəmə də qərar çıxarıb: Mozambikin keçmiş prezidentinin oğlu Ndambi Qebuza 12 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2025.05.20 / 10:42
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Qonşudan PUA buraxıldı, xəbər etdik, qoşun yeridildi - Qudərzi

Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Daur İsmayılov Marneulinin meri seçildi

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla