Yuxarı

Türkiyədən İsrailə sərt etiraz: Dərhal cəzalandır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən İsrailə sərt etiraz: Dərhal cəzalandır...

Diplomatların həyatını təhlükə altına atan bu hücum İsrailin beynəlxalq hüquq və insan hüquqlarına sistematik şəkildə məhəl qoymamasının növbəti təzahürüdür.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin İsrail əsgərlərinin diplomatları atəşə tutması haqda bəyanatında bildirilib.

Nazirlik onu da qeyd edib ki, nümayəndə heyətinin tərkibində Qüdsdəki konsulluğunun diplomatı da olub:

“Diplomatlara edilən hücumlar təkcə onların şəxsi təhlükəsizliyi üçün deyil, həm də dövlətlərarası münasibətlərin əsasını təşkil edən qarşılıqlı hörmət və etimada ciddi təhdiddir”.

Ankara dərhal araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edir.

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. İsrail mediası işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində xarici diplomatların səfəri zamanı İsrail əsgərlərinin "havaya xəbərdarlıq atəşi" açdığını iddia edir. Lakin diplomatlar İsrail əsgərlərinin onlara atəş açdığını bildirirlər.

Bundan öncə Fransa XİN bəyanat yayaraq, hadisəni pisləmişdi. Heyətin tərkibində Türkiyə diplomatı da olub.

Tarix
2025.05.21 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla