Yuxarı

Avropa bu iki qardaş ölkəni birləşməyə qoymur!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa bu iki qardaş ölkəni birləşməyə qoymur!

“Moldovan” adlı millət yoxdur, bildiyiniz rumındılar, eyni dil, eyni din, eyni tarix; “Moldovan” vətəndaşlıq tanımıdır. Amma bu yanaşma ilə razı olmayan böyük bir əhali qrupu var, onlar rusdillidirlər (müxtəlif etnik kökənli - amma rusdilli), Rusiya ilə məsafəli, amma dost olmaq istəyirlər, müharibədən qorxurlar, çünki ölkənin “təhlükəsizlik çətiri” yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri hazırda Kişinyovda olan siyasətçi Natiq Cəfərli deyib.

O bildirib ki, ölkənin siyasi və iqtisadi elitasının ikili vətəndaşlığı var - moldovalıların bəlkə də 25-30%-nin həm də Rumıniya pasportu mövcuddur:

“Rumıniyanın böyük təsiri olsa da, Moldovaya təhlükəsizlik zəmanəti verə bilmir, ya da rəsmi Brüssel onlara bu icazəni vermir. Çünki tək NATO yox, həm də AB ölkəsidir, buna görə də milli maraqlarını mücərrəd Avropa maraqlarına qurban verməyə məcburdur.

Əslində ən asan yol Rumıniya və Moldovanın birləşməsidir, bu yolla Moldova da avtomatik NATO və AB üzvü ola bilər, amma bunu nə NATO, nə də AB istəyir.

Yerli iqtisadçıların fikrincə, AB heç vaxt buna imkan verməyəcək, çünki Moldovanın AB-yə yük olacağını düşünürlər. İki Almaniyanın birləşməsindən 35 il keçməsinə baxmayaraq, Şərqi Almaniyanın (ADR) hələ də tam inteqrasiya olmadığından, fərqli səs verdiklərindən, fərqli iqtisadi vəziyyətdə olduqlarından burda da danışırlar.

Hələ bir Kremlin yaratdığı və idarə etdiyi “Dnestryanı respublika” dərdi də var. Moskva hər yerdə separatizm toxumu əkib onun “meyvələrindən” bəslənir, post-sovet məkanını separatizmlə zəhərləyib.

Moldovanın işi ağırdır, AB və NATO-ya qəbul etmirlər, güvəndikləri Rumıniya təkbaşına “çətir” vermir, separatizm bəlası bitməyib, hələ bir Ukrayna müharibəsi rusdillilərin sayını da artırıb - bura köçən ukraynalılar rusdillidirlər.

Bütün bunlara baxıb bir daha Ordumuza, təbii müttəfiqlərimizə şükür və təşəkkür edirəm: Allaha min şükür ki, dövlət və xalq olaraq post-sovet məkanında separatizmi məhv edən, suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa edən ilk və tək ölkəyik!

NATO ölkəsi olmasına baxmayaraq, bizimlə birgə işlək və ciddi təhlükəsizlik çətiri yaradan qardaş Türkiyəyə də minnətdaram - bu mözuda da keçmiş SSRİ respublikarı arasında (Baltikyanı ölkələr xaric) bir ilkə imza atan tək ölkəyik”.

Tarix
2025.05.25 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla