Yuxarı

Azov döyüşçüləri Ukraynaya qaytarılacaqmı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azov döyüşçüləri Ukraynaya qaytarılacaqmı?

Əsir götürülən ukraynalı hərbçilərdən hansının dəyişdirilməsini Rusiya özü müəyyən edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna ordu nümayəndəsi Andrey Yusov mayın 23-25-də əsir mübadiləsində “Azov” 12-ci Xüsusi Təyinatlı Briqadasının döyüşçülərinin niyə olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

"Ukrayna çox çətin genişmiqyaslı işğal şəraitində fəaliyyət göstərir və Mariupol qarnizonunu geri qaytarmaq prioritet sahələrdən biridir. Və bu işin nəticələri artıq var", - o bildirib.

Onun sözlərinə görə, üç gün davam edən sonuncu irimiqyaslı mübadilə üçün hazırlıq zamanı Rusiya təhvil verməyə hazırlaşdığı şəxslərin siyahıları verib, Ukrayna da bunu edib:

"Rus əsirliyində olan hər kəs geri qaytarılmalıdır. Ukrayna hər bir vətəndaşı üçün mübarizə aparır. Bu, tammiqyaslı işğal zamanı artıq 65-ci mübadilədir. Mübadilə çərçivəsində 5757 vətəndaş, mübadilədən kənar isə 500-dən çox ukraynalı geri qaytarılıb".

Qeyd edək ki, Ukrayna və Rusiya arasında Belarus sərhədində “1000-in 1000-ə” formatında əsir mübadiləsi aparılıb.

Tarix
2025.05.26 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla