Yuxarı

Türkiyəyə buna görə minnətdarıq, amma... - Zaxarova

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəyə buna görə minnətdarıq, amma... - Zaxarova

İstanbulda nəzərdə tutulan Rusiya-Ukrayna danışıqları ikitərəfli formatda keçiriləcək və başqa ölkələrin vasitəçiliyindən söhbət getmir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti İstanbula memorandum layihəsi və atəşkəslə bağlı digər təkliflərlə gedəcək. O vurğulayıb ki, Rusiya prezidentinin ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənən təşəbbüsü məhz ikitərəfli danışıqlar formatını nəzərdə tutur.

“Təbii ki, biz qonaqpərvərliyə və rahat şərait yaratdıqlarına görə türk dostlarımıza minnətdarlığımızı ifadə edirik. Lakin Türkiyənin və ya başqasının vasitəçiliyindən söhbət getmir”, - deyə diplomat qeyd edib.

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin İstanbula mümkün gəlişi ilə bağlı yayılan xəbərləri şərh edən Zaxarova vurğulayıb ki, Rusiya hərəkət azadlığına hörmətlə yanaşır, lakin bu səfərlərlə Rusiya-Ukrayna danışıqları arasında əlaqə görmür.

Tarix
2025.05.30 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla