Yuxarı

Rusiyaya 20 milyardlıq zərbə: Nələri itirdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya 20 milyardlıq zərbə: Nələri itirdi?

“Hörümçək toru” əməliyyatı nəticəsində Rusiya ən böyük itkiləri X-101 və X-555 qanadlı raketlərinin əsas daşıyıcıları olan Tu-95MS və Tu-160 strateji bombardmançı təyyarələrində verib. Bu təyyarələr 1990-cı illərdən bəri istehsal olunmur və modernləşdirmələri də çox ləng gedir.

Axar.az xəbər verir ki, bu barədə “Defence Express” nəşri yazıb.

“Tu-160M2 – 2022-ci ildən Rusiya cəmi iki təyyarə yığa bilib, daha ikisi isə yığılma mərhələsindədir. Onların hamısı sovet dövründən qalma köhnə təyyarə korpusları əsasında yığılır.

Tu-95MS - Rusiyada 40-60 arası belə təyyarə var, lakin yalnız 18-27-si müasir raketlərdən istifadə etmək üçün təkmilləşdirilib. Yeni Tu-95-lər isə istehsal olunmur.

Тu-22M3-lər strateji bombardmançı deyil, uzaqmənzilli olsa da, itkiyə məruz qaldı. İstismarda 55-dən az təyyarə var, onların da hamısı yaxşı vəziyyətdə deyil. Bu təyyarələrin modernləşdirmə proqramı yerində sayır”, - nəşr bildirib.

Nəşr qeyd nedib ki, Rusiyanın yeganə nəzəri alternativi PAK DA (Perspektivli uzaqmənzilli aviasiya kompleksi) strateji bombardmançısıdır:

“Lakin onun üzərində 15 ildən çox işləmələrinə baxmayaraq, Rusiya hətta uçan prototip də yarada bilməyib. İndi sınaq üçün yalnız statik maket var. İlk uçuş baş tutsa, 2030-cu illərin ikinci yarısından əvvəl gözlənilmir. Və bundan sonra çoxillik sınaq, incə tənzimləmə, sertifikatlaşdırma dövrü gələcək. Bütün bunlar Rusiyanın kritik dərəcədə çatışmazlığı olan vəsaitlərin, resursların və mütəxəssislərin mövcudluğundan asılıdır.

Nəzərə alsaq ki, “Hörümçək toru” əməliyyatı nəticəsində onlarla strateji təyyarə vurulub, o zaman söhbət ən azı 15-20 milyard dollar itkidən gedir ki, bunu nə təmirlə kompensasiya etmək mümkündür, nə də alışla”.

Tarix
2025.06.03 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla