Yuxarı

Rusiyanın bu tələbləri ABŞ-ı qəzəbləndirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bu tələbləri ABŞ-ı qəzəbləndirdi

İstanbulda keçirilən danışıqların ikinci raundu zamanı Rusiya tərəfi Ukraynaya atəşkəsə doğru atılacaq addımlarla bağlı öz memorandumunu təqdim edib. Bu sənəddə çoxsaylı qeyri-real tələblər yer alıb ki, bu da ABŞ-ı qəzəbləndirib.

Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” amerikalı rəsmilərə istinadən yazıb.

Amerikalı rəsmilər Rusiyanın bir çox bəndləri ABŞ üçün “arzuolunmaz” hesab edilən tələblərlə çıxış etməsindən məyus olduqlarını, lakin buna təəccüblənmədiklərini bildiriblər. Onlar hesab edirlər ki, Moskva bu yolla danışıqlar prosesini uzatmağa çalışır.

Rəsmilər qeyd ediblər ki, İstanbulda ikinci raund başlamazdan əvvəl artıq ABŞ Prezidenti Donald Trampın administrasiyasında sülhə nail olunmaması səbəbindən məyusluq artırdı. Onların sözlərinə görə, son günlərdə ABŞ lideri Moskvaya qarşı daha da uzaq münasibət sərgiləməyə başlayıb.

Nəşr xatırladır ki, bundan əvvəl Tramp artıq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə hədələyib. Buna baxmayaraq, hələlik ABŞ administrasiyasının bu hədələri yerinə yetirmək üçün hər hansı bir addım atdığına dair heç bir əlamət yoxdur.

Qeyd edək ki, iyunun 2-də İstanbulun Çırağan sarayında Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti görüş keçirilib. Burada Rusiya nümayəndələri Ukraynaya sülh üçün iki mərhələləli memorandum təqdim ediblər.

Tarix
2025.06.04 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla