Yuxarı

Rusiyada professorlar ingilislərlə çalışır – FSB əməliyyatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada professorlar ingilislərlə çalışır – FSB əməliyyatı

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkənin dörd regionunda Britaniya strukturları ilə milli təhlükəsizliyə zərər vurmaqla əməkdaşlıq edən aparıcı universitetlərin professor-müəllim heyətinin nümayəndələrini müəyyən edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Onlar Britaniya kəşfiyyatı tərəfindən digər dövlətlərin suverenliyinə xələl gətirmək məqsədi daşıyan məxfi layihələrin həyata keçirilməsi üçün istifadə olunan strukturlarla əməkdaşlıq edib. “British Council” siyasi liderlərin təşviqi və ənənəvi mədəniyyət normalarına zidd olan dəyərlərin yayılması da daxil olmaqla humanitar fəaliyyət adı altında gizlənən əməliyyatlarda iştirakı ilə diqqət çəkib. Həmçinin Rusiyada əvvəllər arzuolunmaz elan edilmiş Britaniyanın “Oksford Rusiya Fundu”nun təxribat fəaliyyəti də ifşa olunub. Volqoqrad, Novosibirsk, Çelyabinsk və Tomsk vilayətlərindən olan universitet müəllimləri təhsil müəssisələrində ekstremist kimi tanınan və Rusiyada qadağan olunmuş ideyaları təbliğ edən materiallar paylayıb”, -məlumatda deyilib.

Qeyd olunub ki, yoxlama nəticəsində 15 Rusiya vətəndaşına fəaliyyəti arzuolunmaz hesab edilən xarici təşkilatlarla əməkdaşlığa dair rəsmi xəbərdarlıq edilib. Müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün universitetlərdən birinə bildiriş göndərilib və müəllim Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.33-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Tarix
2025.06.05 / 11:40
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla