Yuxarı

Mask sona qədər gedəcək, Trampa qarşı pul xərcləyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mask sona qədər gedəcək, Trampa qarşı pul xərcləyəcək

ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra amerikalı iş adamı İlon Mask “sona qədər getməyə” və lazım gələrsə, “demokratları dəstəkləməyə” hazırdır.

Axar.az xəbər verir ki, bu barədə NBC telekanalı maskın adı açıqlanmayan məsləhətçisinə istinadən məlumat yayıb.

Məqalədə qeyd edilir ki, Mask bir neçə ay əvvəl siyasi fəaliyyətlərə 100 milyon dollar xərcləyəcəyini və bu vəsaiti Trampla əlaqəli təşkilatlara köçürməyi planlaşdırdığını açıqlamışdı. Ancaq pul köçürülməyib.

“Onun Respublikaçılar Partiyası, RMK (Respublika Milli Komitəsi), Nümayəndələr Palatasındakı yerlər və s. heç vecinə deyil. Onları darmadağın edəcək”, - biznesmenin müşaviri vurğulayıb.

O, Respublikaçılar Partiyasının ABŞ Konqresinin aşağı palatasına keçiriləcək növbəti seçkilərdə uduzacağına əmin olduğunu bildirib.

“Ancaq Maskın bütün bu partiya cəfəngiyyatları heç vecinə də deyil”, - mənbə əlavə edib.

Jurnalistlərin qeyd etdiyi kimi, respublikaçılar indi bir neçə şeydən ehtiyatlı olmalıdırlar. Bunlardan biri də sahibkarın demokratlara mümkün maliyyə dəstəyidir.

Tarix
2025.06.06 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla