Yuxarı

Ukrayna İran PUA-larının qarşısını necə alır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna İran PUA-larının qarşısını necə alır?

Hərbi resursların bütün sahələrində aşkar üstünlüyə baxmayaraq, Rusiya hələ də Ukraynanı tammiqyaslı müharibədə məğlub edə bilməyib. Bunun əsas səbəblərindən biri – ukraynalıların heyranedici adaptasiya qabiliyyətidir: onlar Rusiya tərəfinin hər bir “dəmir dəyənəyi”nə qarşı ağıllı bir həll tapmağı bacarırlar.

Axar.az xəbər verir ki, bunu “Foreign Policy” nəşrinin siyasi eksperti Kristian Keril bildirib.

O qeyd edir ki, 2022-ci ilin payızında Rusiya “Şahid” kamikadze dronları ilə müntəzəm hücum kampaniyasına başlayıb. Həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin bu dronları adi üsullarla aşkarlamaq çətinliyi yaranıb: dronlar çox alçaqdan uçur, relyeflər arasında gizlənirdi ki, radarlar onları görə bilmirdi.

“İki ukraynalı mühəndis bu problemin həllini tezliklə tapdı. Bu gün ölkə boyunca 2 metrlik dirəklərə quraşdırılmış 9500 mikrofonlu şəbəkə mövcuddur. Mobil telefonlara qoşulmuş bu mikrofonlar “Şahid”ləri səsə görə izləyir və məlumatları mərkəzi sistemə ötürür”, – deyə Keril vurğulayıb.

Onun sözlərinə görə, belə bir mikrofonlu dirəyin hər biri 500 dollar civarında başa gəlir.

“Ukraynalıların özlərindən dəfələrlə güclü olan təcavüzkarlara qarşı ucuz, lakin effektiv, asimmetrik həllər tapmaq bacarığı “Hörümçək toru” əməliyyatının uğuruna artıq o qədər də təəccüblənməməyin səbəbini izah edir”.

Tarix
2025.06.07 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla