Yuxarı

Rusiya "boz siyahı"ya salınır, bu ölkələr isə siyahıdan çıxarılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya "boz siyahı"ya salınır, bu ölkələr isə siyahıdan çıxarılır

Avropa Komissiyası Rusiyanın "boz siyahı"ya – çirkli pulların yuyulması üzərində zəif nəzarətə malik ölkələr siyahısına salınmasını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Brüssel bu yolla Moskvaya maliyyə təzyiqini artırmağa çalışır.

Nəşrin məlumatına görə, Rusiyanın "boz siyahı"ya daxil edilməsini Avropa Parlamentinin əksər üzvləri dəstəkləyir, lakin hələlik bu barədə heç bir qərar qəbul edilməyib.

“Rusiyanın siyahıya salınmasına böyük dəstək var”, – deyə Avropa Parlamentinin deputatı Markus Ferber deyib.

Bildirilib ki, "boz siyahı"nın yenilənmiş versiyasının təqdimatı artıq bu həftə gözlənilirdi, lakin Avropa Komissiyası onu son anda "inzibati/prosedur səbəblərdən" təxirə salıb. Avropa Komissiyasının nümayəndəsi onun gələn həftə qəbul ediləcəyini gözlədiklərini vurğulayıb.

Nəşrin tanış olduğu Brüsselin siyahısının əvvəlki versiyası Əlcəzair, Anqola, Keniya, Fil Dişi Sahili, Laos, Livan, Monako, Namibiya, Nepal və Venesuelanın siyahıya əlavə olunmasını nəzərdə tuturdu. Eyni zamanda, Barbados, Cəbəllütariq, Yamayka, Panama, Seneqal, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Yamaykanın siyahıdan çıxarılması planlaşdırılırdı.

Tarix
2025.06.07 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla