Yuxarı

İran prezidenti Xameneinin yerinə gətirilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran prezidenti Xameneinin yerinə gətirilir

İranın Məsləhər Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani dini lider Əli Xameneinin yerinə kimin gətiriləcəyi ilə bağlı açıqlamalar verib.

Axar.az xəbər verir ki, İranın "Qanun" qəzetinə açıqlama verən Rəfsəncani Məsləhət Şurasında yaradılan xüsusi komissiyanın Xameneinin yerinə kimin gətiriləcəyinə dair yüzlərlə insanla gizli görüşlər keçirdiyini bildirib.

Rəfsəncani bildirib ki, 3 nəfər mümkün namizədlər üzərində işləyib və əldə etdikləri məlumatları Məsləhət Şurasına təqdim ediblər.

Qeyd edək ki, İranın hazırki dini lideri Xameneinin yaşlanması və səhhətindəki problemlər onun xələfinin kim olacağı ilə bağlı müzakirələri artırıb. Dini liderin özü də ötən il çıxışında xələfinin kim olacağı ilə bağlı siqnallar vermişdi. Hələ bu ilin fevral ayında Xamenei Məsləhət Şurasına namizədləri seçərkən şəxsi maraqlarını kənara atmalarını istəmişdi.

Cümə imamı Əhməd Hatəmi namizədlərin siyahısının Xameneinin özünə verildiyini də bildirib.

Xameneinin yerinə gətiriləcək namizədlərin də siyahısı açıqlanıb. Siyahıda dini liderin oğlu Müctəba Xamenei, mərhum dini lider Xumeyninin oğlu Həsən Xumeyni, İranın keçmiş ədliyyə naziri Mahmud Haşimi Şahrudi, hazırki prezident Həsən Ruhani də var.

Tarix
2016.06.19 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla