Yuxarı

Ermənistan sərhədində problem: səfirlik önündə aksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan sərhədində problem: səfirlik önündə aksiya

Ermənistan-Gürcüstan sərhəd-keçid məntəqəsində problem yaranıb. Ermənistandan gələn yük maşınları Gürcüstana buraxılmır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Bildirilir ki, gömrük xidmətləri erməni yük maşınlarının Gürcüstana buraxılmasını müvəqqəti dayandırıb. Hazırda hər iki tərəfdə mindən çox yük və minik avtomobili dayanıb.

Qərar son vaxtlar Gürcüstanın keçid məntəqələrində avtomobillərin yığılması nəzərə alınaraq qəbul edilib. Gürcüstan tərəfində problem həll olunduqdan – avtomobillərin buraxılışı tənzimlənəndən sonra keçid açılacaq.

Bu arada Ermənistan tərəfi nəqliyyat vasitələrinin öz ölkələrinin ərazisində növbəyə durmasını təklif edir. Ermənistan İqtisadiyyat Nazirliyi bildirir ki, İrəvan hələ də rəsmi Tiflisdən erməni konyakının Rusiyaya tranziti zamanı sərhəddə baş verən gecikmələrlə bağlı izahat almayıb. Artıq İrəvanda Gürcüstan səfirliyinin binası qarşısında bir neçə etiraz aksiyası keçirilib.

Qeyd edək ki, iyunun 6-da Gürcüstanın kənd təsərrüfatı naziri Ermənistana səfər etməli idi, lakin son anda səfər ləğv olunub.

Bəzi məlumatlara görə, erməni sürücülər Ermənistana qayıdarkən ucuz qiymətə gürcü konyakı alıb aparırlar. Sonra da bu konyakı Ermənistanda qablaşdıraraq Rusya bazarına erməni konyakı adı ilə göndərirlər.

Tarix
2025.06.11 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla