Yuxarı

İrana hücum İsrail tarixində həlledici andır - Katz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana zərbələr İsrail dövlətinin və yəhudi xalqının tarixində həlledici andır.

Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz ölkəsinin İrana zərbə endirməsindən bir qədər əvvəl yüksək rütbəli hərbi rəsmilərin iştirakı ilə keçirilən forumda çıxış edərkən deyib.

“Vəzifəyə başladığım ilk gündən İranın nüvə proqramının qarşısının alınmasını əsas prioritet kimi müəyyən etdim”, – deyə Katz bildirib.

O, İranın İsraili məhv etmək ideyasına heç vaxt olmadığı qədər sadiq olduğunu vurğulayıb:

“Hazırda kritik bir mərhələdəyik – əgər bu fürsəti qaçırsaq, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlimizdə heç bir imkan qalmayacaq”.

O vurğulayıb ki, İsrail ötən bir il yarım ərzində İranın bölgədəki nümayəndələrinə qarşı tədbirlər görsə də, indi birbaşa ilanın başı ilə – İranın özü ilə qarşı-qarşıyadır.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri bu gün səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Firudin Abbasi öldürülüblər.

Tarix
2025.06.13 / 09:42
Müəllif
Axar.az
Digər xəbərlər

FHN cənub sərhədlərində radiasiya ilə bağlı məlumat yaydı

Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib?

Rusiya tarixinin inanılmaz cinayət işi: azərbaycanlı da var

Radiasiyanın yoxlanılması üçün mütəxəssislər Astarada - Video

Ermənilərin Bakı limanına eniş etməsi ilə bağlı rəsmi açıqlama

İsrail müdafiəyə hazırlaşır: İranın cavab zərbəsi necə olacaq?

İranın vurulmasına ərəb ölkələrinin reaksiyası

İsrail Fordo nüvə obyektinə zərbələr endirir - Təcili

Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev

İsrail hücumu: Ermənistan vətəndaşları Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla