Yuxarı

İranda nüvə obyektləri vuruldu: balıqlar kütləvi ölür - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda nüvə obyektləri vuruldu: balıqlar kütləvi ölür - Video

İsrailin İranın nüvə obyektlərinə endirdiyi raket hücumlarından sonra bölgədə ekoloji təhlükə ilə bağlı narahatlıqlar artıb. Hücumdan sonra əraziyə yaxın çaylarda balıqların kütləvi şəkildə ölməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, məlumat ilk olaraq Teleqram kanallarında yayılıb. Sosial şəbəkə istifadəçiləri balıqların ölümünü mümkün radiasiya sızması ilə əlaqələndirərək ekoloji fəlakət ehtimalından narahatlıqlarını bildiriblər.

Qeyd edək ki, 13 iyunda səhər tezdən İsrail İran ərazisinə zərbələr endirib. Hücumlar zamanı bir sıra strateji obyektlər, o cümlədən bəzi nüvə mərkəzləri hədəfə alınıb.

İran hakimiyyəti məsələyə münasibət bildirib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə göndərilən məlumatda qeyd olunub ki, Buşehr Atom Elektrik Stansiyası hücuma məruz qalmayıb və Natanz nüvə obyektində radiasiya səviyyəsində heç bir artım müşahidə olunmayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də məsələni diqqətlə izlədiyini açıqlayıb.

Tarix
2025.06.13 / 11:31
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla