Yuxarı

İranın da öz Çernobılı olacaq? - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın da öz Çernobılı olacaq? - Ekspert

İranda yerləşən nüvə zavodlarına və ya nüvə materiallarının saxlanma yerlərinə edilən zərbələrdən əsas təhlükə ərazinin radioaktiv çirklənməsidir.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı radiobioloq Yelena Parenyuk bildirib.

Onun sözlərinə görə, əgər zərbə zamanı aktiv nüvə reaksiyası baş vermirsə, ciddi radioaktiv maddə sızması olmayacaq və söhbət yalnız lokal çirklənmədən gedə bilər:

“Mən sevinclə yazılan şərhlər gördüm ki, guya radioaktiv bulud Həştərxan istiqamətinə gedəcək. Amma həmin buludun ora çatması inandırıcı deyil, baxmayaraq ki, müəyyən çirklənmə mümkündür. Nəticələr partlayışın gücündən və radioaktiv hissəciklərin havaya nə qədər yüksək qalxmasından asılıdır. Bu hissəciklər küləklə yayıla, sonra yerə çökə bilər. Partlayışlar kifayət qədər güclü idi, buna görə müəyyən səviyyədə çirklənmə qeydə alına bilər.

Hazırda radiasiya səviyyələri insanların sağlamlığı üçün təhlükə yaratmır, xüsusilə də partlayışın episentrindən uzaqda olanlara. Radiasiya səviyyəsi davamlı olaraq monitorinq stansiyaları vasitəsilə qeydə alınır, belə stansiyalar Ukrayna ərazisində də fəaliyyət göstərir”.

Alimin sözlərinə görə, bu stansiyalar çox dəqiqdir və havadakı ayrı-ayrı radionuklidləri belə aşkar edə bilir. O qeyd edib ki, bombardmanlardan sonra yayılan radiasion elementlər bu stansiyalar tərəfindən aşkar ediləcək, lakin radiasiya dozasının aşağı olacağını proqnozlaşdırır.

Alim vurğulayıb ki, İrandakı nüvə obyektlərinə edilən zərbələr Çernobıl kimi qlobal fəlakətə səbəb ola bilməz.

Qeyd edək ki, İsrail İrana hücumları zamanı əsasən hərbi və nüvə obyektlərinə zərbələr endirir.

Tarix
2025.06.17 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla