Yuxarı

ABŞ İsraili dayandırmaq əvəzinə... - Altun

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İsraili dayandırmaq əvəzinə... - Altun

Türkiyə Prezident Administrasiyası ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsini pisləyib.

Axar.az xəbər verir ki, bu barədə administrasiyanın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun X hesabında yazıb.

O bildirib ki, ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri və İsrailin İrana hücumu Yaxın Şərqdə sülh və sabitliyə deyil, xaosa gətirib çıxaracaq yeni bir addımdır:

"ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsi ilə başlayan proses dünyada daha çox radikallaşma və terrorizmə səbəb olduğu kimi, İrana hücumunun da oxşar nəticələr verəcəyi ehtimalı var".

F.Altun əlavə edib ki, ABŞ İsraili dayandırmaq əvəzinə, onun addımlarına dəstək versə, dünyada sülhün təmin olunması daha da çətinləşəcək:

"Biz beynəlxalq ictimaiyyəti məqbul variant ətrafında birləşməyə, regional və qlobal problemlərin həlli üçün diplomatiyaya üstünlük verməyə çağırırıq. Türkiyə olaraq, cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında regionda və dünyada sabitliyi qoruyan, Şərqlə Qərb arasında harmoniyaya təşviq edən siyasi yanaşmamızı davam etdirəcəyik".

Tarix
2025.06.22 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla