Yuxarı

Putin ona Ermənistanla bağlı tapşırıq və 1 il vaxt verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin ona Ermənistanla bağlı tapşırıq və 1 il vaxt verdi

Ölkənin Rusiyaya olan inamı azalıb. Beynəlxalq Respublikaçılar İnstitutunun 2024-cü ildə keçirdiyi sorğu ermənilərin yalnız 31%-nin Moskva ilə əlaqələrə müsbət baxdığını göstərib. Halbuki 2019-cu ildə bu göstərici 93% olmuşdu. Əksər ermənilərin nəzərində Fransa Ermənistanın əsas müttəfiqidir. Bu məsələdə ABŞ Fransadan bir az geridə qalır.

Axar.az xəbər verir ki, bu barədə “Moskov Tayms”ın (“The Moscow Times”) məqaləsini jurnalist Elbəyi Həsənli paylaşıb.

Qəzet bildirib ki, Ermənistanda Rusiyanın təsiri zəifləyir və hətta İrəvanın mərkəzində bir çox gənc artıq rus dilində danışmır və bu dili heç başa düşmür.

Məqalədə o da vurğulanır ki, Ermənistan Qarabağ məsələsində ona dəstək verməyən Rusiyadan uzaqlaşır, Putin isə bu prosesi durdura bilmir:

“Ermənistan sadəcə Rusiyadan uzaqlaşmır. O, fəal şəkildə yeni körpülər qurur. Azərbaycanla, Türkiyə ilə bağlı sərhədləri açmağa çalışır. Ermənistanı dənizə çıxışı olmayan forpostdan regional mərkəzə çevirə biləcək sülh sazişinin imzalanmasına getdikcə daha az vaxt qalır...”

“Vedomosti”nin məlumatına görə, Vladimir Putinin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanda Rusiyanın təsirini bərpa etmək tapşırılıb.

“Bu asan olmayacaq. Rusiya mənbələri özləri etiraf edirlər ki, indi Ermənistanda “Rusiyanın sözünü deyən kimsə yoxdur”. Hər ikisi korrupsiyaya və avtoritarizm nostaljisinə düçar olmuş qocalmış eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyandan başqa, rusiyayönlü düşərgə virtual kabus şəhərini xatırladır...” – məqalədə etiraf edilir.

Tarix
2025.06.24 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla