Yuxarı

Avropa qarışır: AB dağılacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa qarışır: AB dağılacaq?

Bu gündən Avropa üçün yeni dönəm başlayır.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva açıqlama verib.

Deputat Böyük Britaniyada keçirilən referendumun nəticələrinə münasibət bildirib:

"Avropa Birliyi (AB) Brüssel vaxtı ilə 08:00-da böhran toplantısı təyin edib, günorta isə liderlər görüşəcək. Əsas müzakirə mövzusu Böyük Britaniyanın Avropa Birliyindən çıxması nəticəsində AB-nin dağılması ilə bağlı olacaq. Eyni zamanda, sözügedən qərarın AB-yə ciddi təsirləri də müzakirə olunacaq. Bundan sonra Avropa Birliyi əvvəlki güc və təsirə malik olmayacaq. Bu hadisə Böyük Britaniya üçün də bir sıra problemlər yaradacaq. Bu gündən Avropa üçün yeni dönəm başlayır. Populizm, qatı millətçilik və xarici düşmənçiliyin artdığı bir Avropa reallığı artıq ortadadır".

Qeyd edək ki, ötən gün Britaniyanın AB-dən çıxmasına dair referendum keçirilib. Seçicilərin 52%-i çıxmağa, 48%-i isə AB-də qalmağa səs verib.

Tarix
2016.06.24 / 12:07
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla