Yuxarı

İrəvanda beş azərbaycanlı uşaq zəhərləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda beş azərbaycanlı uşaq zəhərləndi

İrəvanda əslən azərbaycanlı olan beş İran İslam Respublikasının vətəndaşı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

ANS-in məlumatına görə, 11-13 yaş arası olan uşaqlar təcili yardım maşınında xəstəxanaya çatdırılıblar. Bütün uşaqlarda həmin gün səhər ürəkbulanması, qusma və daha sonra ishal baş verib. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Hazırda uşaqların vəziyyəti ağır kimi qiymətləndirilir.

Ötən gün İrəvana İranın Qroqan şəhərindən təxminən 50 nəfərdən ibarət bir qrup gəlib. Valideyn və məşqçilərin müşayiəti ilə gələn 11-13 yaşarasında olan uşaqlar idman məktəbinin şagirdləridir. Onlardan 15 nəfəri (10 böyük və 5 uşaq) İrəvanda həyət evini kirayələyib. Zəhərlənən 5 uşaq bu evdə yaşayıb. Xəstəxanaya yerləşdirməzdən bir gün əvvəl onlar şam yeməyinə balıq konservləri yeyiblər. Qalan uşaqlar və həmin qrupdan olan böyüklər şam yeməyinə İrandan gətirdikləri düyünü yeyiblər.

Qroqanda yaşayanların əksəriyyəti türklərdir və onlar Azərbaycan ləhcəsində danışırlar. Onlar 14-cü əsrdə Teymurləng tərəfindən Konya və Suriyadan Azərbaycana geri qaytarılmış rumulu və şamılı (Şahsevənlər) tayfalarının bir qoludur.

Tarix
2016.06.24 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla