Yuxarı

28 iş adamı saxlanıldı - Əməliyyat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
28 iş adamı saxlanıldı - Əməliyyat

Türkiyə polisi İstanbul, Kayseri, Konya və Muğla vilayətlərində genişmiqyaslı əməliyyat keçirib.

Report xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat çərçivəsində 25 ev, 2 ofis və 1 şirkətdə axtarış aparılıb, 28 nəfər saxlanılıb. Onlardan 6-sı qadındır, 23 nəfər isə axtarışa verilib.

Bundan əlavə, Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) başqanı Rıza Nur Meral, MARİFED başqanı İbrahim Halil Avcı, FİADER başqanı Çetin Ekincioğlunun da aralarında olduğu 51 nəfər barəsində "himmət" adı altında maliyyə dəstəyi təmin etdikləri üçün həbs qərarı çıxarıldığı məlum olub.

Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) tərəfindən şübhəlilərin iş adamlarından "himmət" adı altında yardım topladıqları və pulların "Bank Asiya"da açılan bir hesaba yatırıldığı müəyyənləşib.

Tarix
2016.06.25 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla