Yuxarı

Məni səhərədək ayaqyalın qarın üstündə saxladılar...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məni səhərədək ayaqyalın qarın üstündə saxladılar...

İyulun 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş şəxslər ifadə veriblər.

Axar.az xəbər verir ki, zərərçəkmiş şəxs Elnur Mehdiyev ifadəsində Goranboy rayonunda yerləşən taborda əsgər kimi hərbi xidmət edən zaman yolu azması nəticəsində 2000-ci il fevralın 1-də erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib.

O, Ermənistan silahlı qüvvələrinin blindajına aparılaraq yumruq-təpiklə, avtomat silahın qundağı ilə vəhşicəsinə döyüldüyünü, daha sonra blindajın qarşısındakı dirəyə iplə bağlanılmaqla gecədən səhərədək ayaqyalın qarın üstündə saxlanıldığını deyib. Nəticədə ayaqları şaxta vurması nəticəsində donub. Səhəri gün, yəni, fevralın 2-də Xocalı şəhərində yerləşən xəstəxanaya aparılaraq sol ayağının bütün barmaqları amputasiya edilib.

O, daha sonra Xankəndi şəhərində yerləşən xəstəxanaya aparılaraq bir müddət orada saxlanılıb. İyulun 11-də isə Ermənistana aparılaraq orada təcridxanada saxlanılıb. Zərərçəkmiş şəxs əsir saxlanıldığı müddətdə mütəmadi olaraq döyüldüyünü, ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığını bildirib. Bir həftə sonra əsirlikdən azad edilərək Azərbaycana təhvil verilib.

O, prokurorların suallarını cavablandırarkən əsir düşəndən sonra müqavimət göstərmədiyini, məhz azərbaycanlı olduğuna görə işgəncələrə məruz qaldığını deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix
2025.07.03 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla