Yuxarı

ABŞ-ın Ukraynaya hərbi yardımı... – Podolyak

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Ukraynaya hərbi yardımı... – Podolyak

ABŞ tərəfindən Ukraynaya hərbi yardımın göstərilməsi davam edəcək. Bu məqsədlə hökumət nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“Anlamaq lazımdır ki, yardım davam edəcək. Ukrayna prezidenti də vurğulayıb ki, bu istiqamətdə rəsmi məsləhətləşmələr davam edir. ABŞ ballistik raketlərə qarşı mübarizədə vacib olan unikal silah növlərinə malikdir və bunu anlayır”, - Podolyak qeyd edib.

O, yardımın dayandırılması ilə bağlı yayılan xəbərlərin daha çox ABŞ-dakı daxili siyasi mübarizənin əksi olduğunu vurğulayıb.

Podolyak əlavə edib ki, ABŞ-ın anbarlarında çoxlu sayda raket və əks raket sistemləri mövcuddur:

“Bunların istehsalı da davam edir. Bu da ABŞ-ın silah ehtiyatlarının tükənməsi ilə bağlı iddiaların doğru olmadığını göstərir. Onlar iştirak etdikləri hərbi kampaniyaları və istehsal imkanlarını nəzərə alaraq planlama aparırlar. ABŞ-ın planlaşdırma səviyyəsi yüksəkdir və hansı münaqişədə nə qədər raketdən istifadə etməyin mümkün olduğunu yaxşı bilirlər”.

Tarix
2025.07.05 / 18:25
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla